Avqustun 10-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək cüdo üzrə Qran-pri yarışı üçün qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, yığma 3 gün davam edəcək turnirdə 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Natiq Bağırov Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcək.
Qeyd edək ki, Qran-pridə 90 ölkədə 666 nəfər - 395 kişi və 271 qadın cüdoçu mübarizə aparacaq.