İstanbulda taekvondo üzrə “Turkish Open” beynəlxalq turnirində komandamız ilk medalını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, G1 kateqoriyalı yarışda Azərbaycan idmançısı Milad Beigi Hərçəqani bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Üç gün davam edəcək turnirdə Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov (63 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Radik İsaev (87 kiloqramdan yuxarı), Patimat Abakarova (53 kq) mübarizə aparırlar.