UEFA Avropa Liqası: "Milan" son dəqiqələrdə məğlubiyyətdən xilas olub

A- A A+

Martın 11-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün maraqla gözlənilən matçında "Mançester Yunayted" öz meydanında İtaliyanın "Milan" klubunu qəbul edib.

"Old Trafford" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 50-ci dəqiqədə "Mançester Yunayted" klubunun futbolçusu Amad Diallo açıb.

Görüşün son dəqiqəsində "Milan" komandası hesabı bərabərləşdirib. Simon Kiayer künc ötürməsindən sonra dəqiq baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas edib.

Günün digər erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

Slaviya" Praqa (Çexiya) - "Qlazqo Reyncers" (Şotlandiya) - 1:1;

"Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2;

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: