UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada Niderlandın "Ayaks" klubundan Duşan Tadiç, İngiltərə "Tottenhem"indən Harri Keyn, İspaniya "Qranada"sından Roberto Soldado və İtaliya "Roma"sından Lorentso Pelleqrini iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.