UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada İngiltərənin "Tottenhem" klubunun hücumçusu Harri Keyn layiq görülüb.
28 yaşlı forvard evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qol vurub.