Pep Qvardiola Premyer Liqada ən yaxşı məşqçi seçilib

A- A A+

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisinin adı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun saytına istinadla xəbər verir ki, bu mükafata “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.

O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Skott Parker ("Fulhem") və Tomas Tuheli ("Çelsi") qabaqlayıb.

Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: