Türkiyənin İstanbul şəhərində sayca 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq yarışı taekvondoçularımız 1 qızıl, 1 gümüş, 1 bürünc medalla medalla başa vurublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın üçüncü günü daha bir taekvondoçumuz medal qazanıb. Belə ki, komandamızın üzvü Ayxan Tağızadə (74 kq) turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, 87 kiloqramdan yuxarı çəki dərəcəsində gücünü sınayan Radik İsayev isə gümüş medal qazanıblar.