Türkiyə Superliqası: “Qalatasaray” “Kayserispor”un qapısından üç cavabsız top keçirib

A- A A+

Martın 13-də futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində “Qalatasaray” səfərdə “Kayserispor”un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri meydan sahiblərinin qapısından üç cavabsız top keçiriblər. “Qalatasaray”ın qollarını Radamel Falkao (44) və Anri Onyekuru (81, 89) vurublar.

Günün digər matçlarında isə “Sivasspor” doğma meydanda “Fatih Karagümrük”ü minimal hesabla məğlub edib. “Alanyaspor” isə öz meydanında “Antalyaspor”u darmadağın edib -4:0. “Hatayspor” səfərdə “Rizəspor”a 0:1 hesabı ilə məğlub olub.

Hazırda Türkiyə Superliqasında turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: