İtaliyanın “Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixinin ən məhsuldar oyunçusu olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu nailiyyətə bu gün keçirilən İtaliya A Seriyasının 27-ci turu çərçivəsində "Kalyari" ilə oyunda nail olub.
Həmin görüşdə "Yuventus" klubu 3:1 hesablı qələbə qazanıb.
Portuqaliyalı het-triklə yadda qalaraq karyerasında rəsmi oyunlarda 770-ci qolun vurub. O, bu nəticəyə görə əfsanəvi braziliyalı oyunçusu Peleni qabaqlayıb.