Şahmat Mərkəzində təşkil olunan interaktiv dərs 200-dən artıq təhsil müəssisəsində izlənilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında keçirilən interaktiv dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilən dərsdə elektron şahmat proqramları, “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və CD formasında dərsliklər məktəblərə çatdırılıb.

Qeyd edək ki, interaktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 15:00-da rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.                                                                  

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: