Gənclərin Ağbulaq İstirahət Mərkəzinə gəzintisi təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiyada 30-a yaxın gənc iştirak edib.
Çıxış edənlər bildiriblər ki, ekskursiyanın təşkil olunmasında məqsəd gənclərin xizəkçilik idman növünə cəlbi, bu idman növünə olan marağın artırılması, həmçinin onlar arasında qış turizminin təbliği və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Sonra mərkəzin ixtisaslı müəllimləri tərəfindən xizəksürmə idman növü üzrə təlim keçirilib. Həmçinin gənclər kanat yolu vasitəsilə Ağbulağın əsrarəngiz gözəlliyini səmadan izləmə şansı əldə ediblər.
Ekskursiyanın sonunda təşkil olunan çay süfrəsi ətrafında toplaşan gənclər labirint oyunu ilə istirahət günlərini daha da maraqlı və əyləncəli keçiriblər.
Qeyd edək ki, Ağbulaq İstirahət Mərkəzi malik olduğu zəruri infrastruktura görə ilin hər fəslində burada asudə vaxt keçirmək istəyənlər üçün gözəl şərait vəd edir. Həmçinin İstirahət Mərkəzinin ərazisində yerləşən Xizək Mərkəzi də unikal turizm obyektidir.
Sadiq Məmmədov