Türkiyə kubokunda finalçılar müəyyənləşib

A- A A+

Martın 17-də futbol üzrə Türkiyə kubokunun yarımfinal matçında “Antalyaspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurub.

Beləliklə, "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: