Martın 18-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərhələnin ən maraqla gözlənilən görüşü İtaliyada “San Siro” stadionunda oynanılacaq. “Milan” klubu İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi “Mançester Yunayted” ilə üz-üzə gələcək.
İngiltərə təmsilçilərindən “Tottenhem” Xorvatiyada “Dinamo Zaqreb”in qonağı olacaq. “Arsenal” isə Londonda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.
Gün ərzində dörd oyun saat 21:45-də, digər görüşlər isə 24:00-da baş tutacaq.
Səkkizdəbir final mərhələsinin digər oyunları aşağıdakılardır:
“Molde” (Norveç) – “Qranada” (İspaniya) - ilk oyun - 0:2;
“Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) - ilk oyun - 0:2;
“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - ilk oyun - 3:1;
“Şaxtyor Donetsk” (Ukrayna) – “Roma” (İtaliya) - ilk oyun - 0:3;
“Qlazqo Reyncers” (Şotlandiya) – “Slaviya Praqa” (Çexiya) - ilk oyun - 1:1;
“Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - ilk oyun - 1:1;
“Vilyarreal” (İspaniya) – “Dinamo Kiyev” (Ukrayna) - ilk oyun - 2:0;
“Yanq Boyz” (İsveçrə) – “Ayaks” (Niderland) - ilk oyun - 0:3.