Lionel Messi daha bir rekorda imza atıb

A- A A+

İspaniyanın “Barselona” futbol klubunun kapitanı Lionel Messi cari mövsümdə Avropanın “Top-5” çempionatında daha çox görüşdə ən yaxşı oyunçu seçilməklə yeni rekord müəyyənləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalı hücumçu 16 oyunda matçın ən yaxşısı seçilib. Bu göstərici üzrə ikinci yerdə “Tottenhem”in forvardı Harri Keyn (10 dəfə) qərarlaşıb. İlk üçlüyü “Vilyarreal”ın hücumçusu Xerard Balaqero (9) tamamlayıb.

Dördüncü və beşinci pillələri “Bavariya”nın futbolçusu Robert Levandovski (8), “Napoli”nin kapitanı Lorenzo İnsinye (8) bölüşüblər. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə bu göstəriciyə görə 18-ci yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: