Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.