UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin daha 5 iştirakçısı məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xorvatiyada İngiltərənin “Tottenhem” klubu “Dinamo Zaqreb” səfərdə 0:2 hesabı ilə məğlub olduğu rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlməyi bacarıb.
Matçının əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə olan halda, əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha bir dəfə fərqlənən meydan sahibləri matçdan qələbə ilə ayrılıblar.
Bundan başqa, səfərdə “Milan”ı minimal hesabla məğlubiyyətə uğradan “Mançester Yunayted”, həmçinin “Qlazqo Reyncers”in qapısından 2 cavabsız top keçirən “Slaviya Praqa”, müvafiq olaraq Kiyev “Dinamo”sunu və “Yanq Boyz” klublarını mübarizədən kənarlaşdıran “Vilyareal” və “Ayaks” klubları da növbəti mərhələyə yüksəliblər.