UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb

A- A A+

Martın 19-də futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə) - “Borussiya Dortmund” (Almaniya);

“Portu” (Portuqaliya) - “Çelsi” (İngiltərə);

“Bavariya” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa);

“Real Madrid ” (İspaniya) - “Paris Sen-Jermen” (Fransa).

“Mançester Siti” - “Borussiya Dortmund” qarşılaşmasının qalibi yarımfinalda “Bavariya” - “Paris Sen-Jermen” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Portu” - “Çelsi” cütünün qalibi isə “Real Madrid” - “Paris Sen-Jermen” duelinin qalibi ilə qarşılaşacaq.

Dörddəbir finalın ilk oyunları aprelin 6-7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Yarımfinal mərhələsinin ilk görüşləri aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimində qonaq qismində Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: