Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.
NUHÇIXAN xəbər ki, partiyanın doqquzuncu turunda 57-ci gedişdə Məmmədyarov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.
Matt & Patt saytının məlumatına görə, 56-cı gedişdə Karlsenin buraxdığı böyük səhv ona baha başa gəlib. Saytın yazdığına görə, Məmmədyarov son 10 ildə ilk dəfədir ki, Karlseni klassik şahmatda məğlub edib. 7 xala yiyələnən Şəhriyar Məmmədyarov Karlseni 2 xalla üstələyərək turnirin qalibi olub.
“Mən fantastik turnirin qalibi olması münasibətilə Şəhriyarı təbrik edirəm”, - deyə norveçli dünya çempionu Matt & Patt saytına müsahibəsində bildirib. Karlsen əlavə olaraq deyib ki, sona yaxın təşəbbüsü ələ almaq üçün imkanları oldu, lakin iki böyük səhvi hər şeyi alt-üst etdi.
Matt & Patt saytının yazdığına görə, qələbədən sonra Şəhriyar Məmmədyarov rəqibinin oyununu qiymətləndirib, bildirib ki, Maqnus çox riskli oynayıb.
Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5).
Yarışın son turu bu gün keçiriləcək.