Martın 19-da futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə);
“Arsenal” (İngiltərə) – “Slaviya Praqa” (Çexiya);
“Ayaks” (Niderland) – “Roma” (İtaliya);
“Dinamo Zaqreb” (Xorvatiya) – “Vilyarreal” (İspaniya).
Qeyd edək ki, “Qranada” – “Mançester Yunayted” qarşılaşmasının qalibi yarımfinalda “Ayaks” – “Roma” görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Dinamo Zaqreb” –“Vilyarreal” cütünün qalibi isə “Arsenal” (İngiltərə) – “Slaviya Praqa” duelinin qalibi ilə qarşılaşacaq.
Dörddəbir final mərhələsinin ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları aprelin 29-da, cavab görüşləri isə mayın 6-da mayda təşkil olunacaq.
Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.