Avropa Liqası: "Tottenhem"ə 3 qol vuran futbolçu ən yaxşı seçildi

A- A A+

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç layiq görülüb.

29 yaşlı oyunçu evdə İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi məhz bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: