“Naxçıvan Premium Turniri”nə start verildi - FOTOLAR
Şahmat üzrə “Naxçıvan Premium Turniri”nə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarış “Gənclik Mərkəzi”də Naxçıvan Muxtar Respublika Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilir. Turnirdə iddialı 12 zəka sahibi birincilik uğrunda mübarizə aparır.
Martın 22-dən aprelin 1-nə kimi davam edəcək yarışın qalibi sonda bəlli olacaq. Dairəvi sistem ilə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Yarışda yalnız 1 qalib olacaq.
Qeyd edək ki, yarışı chess.nax.az və chess24.com saytına daxil olaraq canlı izləyə bilərsiniz.
Əli Məmmədov