Naxçıvanda idmançılar muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları və məşqçi müəllimlərinin bir sıra muzeylərə ekskursiyası təşkil edilib.

Kink boksinq Federasiyasının idmançıları Cəmşid Naxçıvanskinin ev muzeyində, Hava və Ekstremal İdman Növləri Federasiyasının kollektivi Hüseyn Cavidin Ev Muzeyində olub. 

Bəhruz Kəngərli muzeyində olan Paralimpiya Federasiyasının kollektivi böyük rəssamın rəsm əsərləri ilə yaxından tanış olub. 

Atıcılıq Federasiyasının kollektivinə Xatirə muzeyində məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: