Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının nümayəndəsi Miroslav Jezik, hakim-inspektoru isə belçikalı Perri Gautier olacaq.
Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.