Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir

A- A A+

İyunun 4-6-da 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir.

Yarışın təşkilatçısı "Bakı Şəhər Halqası" (BŞH) Əməliyyat Şirkətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, sənəd qəbulu martın 25-də başa çatacaq.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH-nin vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: