“Bayer Leverkuzen” klubunun baş məşqçisi Peter Boş istefaya göndərilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.
Niderlandlı mütəxəssisin istefasına səbəb komandanın son matçlardakı uğursuzluğu olub. Almaniyanın U-18 millisinin məşqçisi Hannes Volf kluba müvəqqəti baş məşqçi təyin olunub. O, cari mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, P.Boş 2018-ci ildən Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ölkə çempionatının son 14 oyununda cəmi 3 qələbə qazanıb.