Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib

A- A A+

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.

Görüş millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin kapitanı Maksim Medvedev avtoqol müəllifi olub.

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: