FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, Danimarka – Moldova qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, matç martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək.