Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
“Fənərbağça” Erol Bulutu əvəzləyəcək mütəxəssisin adını da açıqlayıb. Komanda mövsümün sonunadək Əmrə Bələzoğluna həvalə edilib.
Qeyd edək ki, “Fənərbağça” 30 oyundan 59 xal toplayıb və Super Liqada 3-cü pillədədir.