Cüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb

A- A A+

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı idi. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilib.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: