Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq

A- A A+

Tbilisidə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə daha iki cüdoçumuz mübarizəyə qoşulub. Belə ki, kişilərin yarışında Murad Fətiyev ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Toto Grigalaşvili (Gürcüstan) ilə qarşılaşmadan məğlub ayrılıb.

Təsəlliverici görüşdə Portuqaliyanı təmsil edən Anri Egutidzeyə qalib gələn idmançımız bürünc medal uğrunda mübarizəyə vəsiqə qazanıb.

Onunla eyni çəkidə mübarizə aparan Zelim Tskayev ilk qarşılaşmada Kenni Bedelə qalib gəlib, növbəti görüşdə Dorin Qotonoaqaya (Moldova) uduzub.

Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəkidə mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: