Azərbaycan-Qətər oyunu başlayıb

A- A A+

Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Azərbaycan - Qətər oyunu başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Canni De Byazinin Qətər ilə oyuna start heyətdə Emil Balayev, Şəhriyar Əliyev, Bəhlul Mustafazadə, Sertan Taşqın, Tellur Mütəllimov, Təmkin Xəlilzadə, Aleksey İsayev, İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, Mahir Emreli və Ramil Şeydayevə yer verib.

Qətər yığmasının start heyətində isə Saad Əl-Şib, Pedro Migel, Əhməd Elamin, Bualem Xuxi, Basam El Ravi, Əhməd Allaeldin, Assim Madibo, Abdulsalam, Məhəmməd Vaad, Al Haydos və Almoez Ali yer alıblar.

Görüşün əsas referisi İvan Krujlyakdı. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hantsko kömək edirlər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirir.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşır. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: