Türkiyə və Latviya yığmaları arasındakı futbol üzrə dünya çempionatının seçmə oyunu azarkeşlərlə keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, martın 30-da təşkil olunacaq qarşılaşmada İstanbuldakı Atatürk Olimpiya stadionundakı tribunaların 15 faizlik hissəsinə tamaşaçılar buraxılacaq. Bu icazə istisna hal kimi tətbiq olunacaq. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.
Biletlərlə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, G qrupundakı III turun Türkiyə - Latviya matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.