İtaliyanın "İnter" klubu yeni loqosunu təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Milan təmsilçisinin emblemi rəsmi tvitter hesabında paylaşılıb. Loqoda daha çox diqqət "I" və "M" hərflərinə yönəldilib. "F" və "C" hərfləri də klubun adında saxlanılıb.
Beləliklə, emblemin qrafiki daha da yüngülləşdirilib.
Qeyd edək ki, hazırda "İnter" İtaliya A Seriyasında 27 oyundan 65 xalla 1-ci pillədə qərarlaşıb.