Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Serbiya oyununda ikinci qol vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan matçda millimizin üzvü Emin Mahmudova qarşı kobud oyuna görə, israilli baş hakim Roi Reinshreiber Serbiya yığmasının qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Matçın 60-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən E.Mahmudov hesabı bərabərləşdirib – 1:1.
Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Serbiya millisi ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq.