Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına start verib

A- A A+

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının aprelin 1-dən təlim-məşq toplanışı başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, aprelin 5-dək Bakıda məşq edəcək millimiz aprelin 6-dan 10-dək hazırlığını Slovakiyanın Levice şəhərində davam etdirəcək. Slovakiya yığması ilə qarşılaşmanın ertəsi gün Bakıya dönəcək komandamız Yunanıstanla qarşılaşmaya hazırlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: