Topaz Pemyer Liqası: “Keşlə” komandası Neftçi”ni məğlub edib

A- A A+

Aprelin 28-də futbol üzrə Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Keşlə” klubu “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

NUHÇIXAN xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. Matçın 21-ci dəqiqəsində Vaqif Cavadov fərqlənib – 1:0. Birinci hissənin əsas vaxtının başa çatmasına üç dəqiqə qalmış “Neftçi” klubu hesabı bərabərləşdirib. Namiq Ələsgərov adını tabloya yazdırıb – 1:1. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri 68-ci dəqiqədə Adrian Skarlatakenin qolu ilə istəklərinə çatıblar – 2:1.

Beləliklə, qarşılaşma “Keşlə” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra “Keşlə” 24 xalla turnir cədvəlində altıncı, “Neftçi” isə 37 xalla dördüncü pillədə qərarlaşıblar.

Tura bu gün keçiriləcək “Qəbələ”-“Kəpəz” və aprelin 29-da oynanılacaq “Sumqayıt”-“Səbail” oyunları ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: