Azərbaycanlı hakimlər Yunanıstan Super Liqasına təyinat alıblar

A- A A+

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıblar.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının çempionluq qrupunun 2-ci turu çərçivəsində aprelin 4-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: