Naxçıvanda idmançılar spelio-mağara turizmi üzrə yürüşdə 4500 metr məsafəni qət etdilər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər arasında “Zərərli vərdişlərə yox deyək və həmişə sağlam olaq” devizi altında spelio-mağara turizm idman yürüşü üzrə muxtar respublika birinciliyi keçirilib.

24 idmançının iştirak etdiyi birincilik Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.  İştirakçılara qaydalar izah olunduqdan sonra yarışa start verilib. Gənc idmançılar Şahbuz Dövlət Təbiət Qoruğundan Fərhad Evinədək olan 4500 m məsafəni qət ediblər.

Yarışın yekununda Ordubad komandasının idmançıları rəqiblərindən üstün olaraq I yerə layiq görülüb. Kəngərli komandası II, Naxçıvan şəhər komandası isə III olub. Qaliblərə təşkilatçıların diplom və hədiyyələri, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: