Çinin Çendu şəhərində avqustun 18-də start götürməsi planlaşdırılan Ümumdünya Yay Universiadası pandemiya səbəbindən 2022-ci ilə təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Universitet İdman Federasiyasının (FISU) mətbuat xidməti məlumat verib.
Turnirin yeni tarixi əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra açıqlanacaq. Çendu Universiadasının adı və loqosu qorunub saxlanılacaq.