Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Hatayspor”a uduzub

A- A A+

Aprelin 3-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Hatayspor”un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Hatay təmsilçiləri qonaqların qapısından üç cavabsız top keçirib. Meydan sahiblərinin qollarını Mame Briam Diouf (21, 73) və Ruben Ribeiro (29) vurub.

Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Kayserispor” - "Göztəpə" - 1:1;

"Rizəspor" - "Fatih Karagümrük" - 0:0;

"Sivasspor" - "Trabzonspor" - 0:0.

Turun digər oyunları aprelin 4 və 5-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: