İspaniya Kubokunun qalibi bəlli oldu

A- A A+

Futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sevilya şəhərinin Olimpiya stadionunda baş tutan final oyununda “Real Sosyedad” və “Atletik Bilbao” komandaları üz-üzə gəlib. Görüş "Real Sosyedad"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 63-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən Mikel Oyarsabal vurub.

Bununla da, “Real Sosyedad” tarixində üçüncü dəfə İspaniya Kubokunu qazanıb.

Xatırladaq ki, İspaniya Kuboku uğrunda final görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Görüş 2020-ci il aprelin 18-də keçirilməli idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: