Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər

A- A A+

Bolqarıstanın paytaxtı Sofiya şəhəri taekvondo üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 8-11-də təşkil olunacaq qitə çempionatına millimiz də qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gün Bolqarıstana yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kiloqramdan yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Yarışda federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: