Türkiyə Superliqası: "Fənərbağça" turnir cədvəlində ikinci pilləyə yüksəlib

A- A A+

Aprelin 5-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Dənizlispor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Mbvana Samatta olub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 62 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: