Avropada 2020/2021 mövsümündə 10 liqanın ən məhsuldar klublarının reytinqi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin "WhoScored" statistika portalına istinadən məlumatına görə, siyahı çempionatın aparıcı komandaların hər oyuna orta hesabla qol sayı üzrə hazırlanıb.
Birinci yeri Niderland təmsilçisi "Ayaks" tutur. Amsterdam komandası hər oyuna orta hesabla 3,1 qol vurur.
Almaniya "Bavariya"sı 2-ci (2,9 qol), İngiltərə "Mançester Siti"si 3-cü (2,6 qol) yerdə qərarlaşıb.
Türkiyə Super Liqasının lideri "Beşiktaş" isə 2,1 qolla Portuqaliya "Portu"su və Fransa PSJ-si ilə birgə 7 - 9-cu yerləri bölüşür. "Qartallar" yalnız Şotlandiya "Reyncers"indən (2,2 qol) öndədir. 4 - 6-cı yerləri hərəyə 2,3 qolla Rusiya "Zenit"i, İspaniya "Barselona"sı və İtaliya "Atalanta"sı tutur.