DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan millisinin rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Lüksemburq Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Lük Holtsun başçılıq etdiyi kollektiv Şotlandiyanı qəbul edəcək. Qarşılaşma iyunun 6-da oynanılacaq.
Qeyd edək edək ki, Azərbaycan millisinin qrupda növbəti matçı səfərdə Lüksemburq seçməsinə qarşı olacaq. Sentyabrın 1-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu pillədə qərarlaşıb. Lüksemburqlular isə 3 xalla 3-cüdür.