Təmsilçilərimiz “Xəmsə” Milli İntellektual Oyunu üzə ölkə çempionatından kubokla qayıdır - FOTOLAR

A- A A+

Bakı şəhərində 5-8 aprel tarixlərində “Nizami Gəncəvi İli”nə həsr edilmiş gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikanı yarışda “Diplomat” komandası təmsil edib. Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən keçirilən çempionatda qrup oyunları və yarımfinal mərhələsini uğurla tamamlayan təmsilçilərimiz finala yüksəliblər. Komandamız həlledici mərhələdə də uğurla çıxış edərək mükafatçılar sırasına düşməyi bacarıb.

Ümumilikdə 4900 xal toplayan “Diplomat” yekun nəticələrə əsasən çempionatı ikinci sırada tamamlayıb. Abşeronun “Golden” komandası birinci pilləyə layiq görülüb. “Diamond are forever” isə üçüncü olub. Komandamızı Naxçıvan Universiteti İdarəetmə fakültəsinin dekan müavini Tural Məmmədzadə və Naxçıvan Dövlət Universitetinin tələbələri Qulu Əlisoy, Əli Əliyev, Fərid Hacıyev, Zamin İbrahimov təmsil ediblər.

Qeyd edək ki, komandalarımız “Xəmsə” Milli İntellektual Oyunu üzrə ölkə çempionatlarında davamlı olaraq təmsil olunur. “Diplomat” komandası qaliblər sırasına düşməklə, muxtar respublikamızı təmsil edən ən uğurlu komanda kimi adını çempionat tarixinə yazdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: