Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.

16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3-cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok,fəxri fərman  və diplomlar təqdim edilib.

Kənan Cəlilov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: