MMA döyüşçümüz Nəriman Abbasov çempion titulunu qoruyub

A- A A+

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, idmançımız “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Amirovla qarşılaşıb. Moskvada keçirilən döyüşdə N.Abbasov rəqibini məğlubiyyətə uğradıb. Bununla da təmsilçimiz yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci qələbəsi olub.

Xatırladaq ki, Nəriman Abbasov ümumilikdə, 29 döyüşün 26-da qalib gəlib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: