Naxçıvanda keçirilən “C” kateqoriyalı məşqçi kursunun lisenziyaları təqdim olunub - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, lizenziyaların təqdim olunması mərasimi Uzunoba Təlim-Məşq İdman Kompleksində baş tutub.

Naxçıvan Futbol Federasiyasının (NFF)  sədr müavini Sakit Rzayev son illər bölgənin futbol həyatındakı yeniliklərin bu sahənin inkişafına mühüm töhfə olduğunu vurğulayıb. O, deyib ki,  ötən dövr ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə qurulan uğurlu əməkdaşlıq sayəsində məşqçi və hakimlərimizin futbol təhsili təmin olunub. Nəticədə onların bilik və bacarıqları artıb, karyera baxışları müsbət mənada dəyişib. “C” kateqoriyalı məşqçi kursu peşəkarlıq yolunda ilkin mərhələdir.Vurğulanıb ki, yeni yaradılan Uzunoba Təlim-Məşq İdman Kompleksi gənc məşqçilər üçün faydalı olacaq.

Çıxışların ardından, kursu müvəffəqiyyətlə bitirən iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.

Qeyd edək ki, AFFA-nın dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa  ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: