Şahbuzlu gənclər Naxçıvan şəhərinə ekskursiya edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Şahbuz rayonundan olan fəal gənclərin “Naxçıvanı tanıyaq” devizi altında Naxçıvan şəhərinə ekskursiyası təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər ekskursiyaya Heydər Əliyev Muzeyindən başlayıblar. Muzeyin direktoru Ramin Orucəliyev ümummilli liderin həyatı və onun ictimai-siyasi fəaliyyəti barədə  danışıb, muzeydə sərgilənən dəyərli eksponatlarla gəncləri tanış edib.

Ekskursiyanın davamında gənclər Ədəbiyyat muzeyində, Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində olublar, Yusif Küseyir oğlu türbəsini ziyarət ediblər.

Gənclər Naxçıvan şəhərindəki Gənclər Mərkəzində müxtəlif intellektual və əyləncəli oyunlarda iştirak ediblər. 

Gənclər fondunun icraçı direktoru Cəbi Quliyev mərkəzin qonağı olan şahbuzlu fəal gənclərlə görüşüb. İcraçı direktor qonaqları fondla fəal əməkdaşlığa dəvət edib və belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: